şənbə 11 oktyabr 2025 - 14:58
Lisanul-Qeybin Qurani-Kərim və dini bilik xəzinəsindən maksimum şəkildə faydalanması

Hövzə / Hafizin şeirləri İslam mühitinə qərq olmuşdur. Bu o deməkdir ki, Hafizin divanı Qurani-Kərim ifadələri və terminləri ilə zəngindir və Lisanul-Qeyb öz şeirlərində bu misilsiz və bənzərsiz Quran xəzinəsindən uğurla istifadə edə bilmişdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, ölkəmizin təqvimində 12 oktyabr tarixində Fars poeziyası və ədəbiyyatının önəmli və əbədi siması olan görkəmli Xace Şəmsəddin Məhəmməd Hafiz Şiraziyə həsr olunub. Bu səbəbdən hər il həmin gün həm Şirazda, Lisanul-Qeybin türbəsinin yanında, həm də digər şəhərlərdə bu məşhur İran şairinin xatirəsini anmaq məqsədilə müxtəlif mərasimlər və proqramlar keçirilir.

Hafizi tanıyan bir çox mütəxəssislərin nəzərinə görə, bu məşhur və görkəmli şair İslam təlimlərindən, xüsusilə Qurani-Kərim anlayışlarından ilham alaraq, həmçinin özünəməxsus bənzətmələr və istiarələrdən istifadə etməklə, İran ədəbiyyatının ən doğru qəzəllərini yaratmağa nail olmuşdur. Həmçinin vurğulamaq lazımdır ki, Hafizin ədəbi əsərlərinin önəmi bundadır ki, o irfani və eşq mövzularını bir-birinə qarışdıraraq, arif və eşq qəzəli üsullarını birləşdirib öz dövründə yeni və vahid bir üslub yaratmışdır.

Yüksək məzmunlu, incə və qüdrətli misralar

Yazıçı tərcüməçi və universitet müəllimi Doktor Məhəmməd Cavad Qodini  hesab edir ki, Hafiz böyük bir şairdir. O, düşüncəsini İran və İslam mədəniyyətindən ilham alaraq, çox gözəl ifadələr və sözlərlə, həmçinin bədii üslub və söz oyunlarına diqqət yetirərək çatdırmışdır. Onun misraları həqiqətən yüksək məzmun və dərin mənalarla zəngindir. Hafizin şeirlərində gətirdiyi birləşmələr isə əksər hallarda yenilikçi, orijinal və misilsizdir. Şirazın Lisanul-Qeybi bu birləşmələri yaradarkən öz bacarığını, zövqünün incəliyini və təbii zərifliyini maksimum dərəcədə göstərmişdir. Bu baxımdan onu az sayda şairlərlə müqayisə etmək mümkündür.

O, həmçinin xatırlatdı ki, Hafizin sənətinin mükəmməlliyi ondadır ki, əlçatan olan elementlərdən belə şəfalı və ruhlandırıcı bir qarışıq yaratmış və onları ustalıqla, sehrli bir şəkildə öz mesajını çatdırmaq üçün istifadə etmişdir. O, Qurani-Kərimi, hikməti və ərəb ədəbiyyatını yaxşı bilirdi və Qurani-Kərimi bir neçə rəvayət və oxunuşla yadında saxladığı üçün “Hafiz” ləqəbini qazanmışdır.

Qurani-Kərimin misilsiz xəzinəsindən maksimum şəkildə faydalanmaq

O, bildirdi ki, Hafizin şeirləri İslamın mühitinə qərq olmuşdur. Bu o deməkdir ki, Hafizin divanı Qurani-Kərim ifadələri və terminləri ilə zəngindir və Lisanul-Qeyb öz şeirlərində bu misilsiz Quran xəzinəsindən ustalıqla istifadə etmişdir. Bununla yanaşı, onun şeirlərində sufizm, irfan, fəlsəfə, kəlam, təfsir, hədis, fiqh və digər elmlərə aid terminlər də geniş şəkildə işlənmişdir.

Qodini əlavə etdi ki, Hafiz Şirazi zərif və xoş nitqdən istifadə edərək, ədəbi bədii üsullarla sosial və əxlaqi tənqidləri ilahi və irfani düşüncələrlə birləşdirir. O, şeir formaları arasında xüsusilə qəzələ diqqət yetirmiş və qəzəl yaratmaqda böyük uğur qazanmışdır. Bu səbəbdən onu qürurlu şəkildə Fars qəzəlinin ən üstün ustadı kimi təsvir etmək olar.

İran diyarının sərhədlərini aşaraq uzaq ellərə yayılan şöhrət

O bildirib ki, Hafiz həm hikmətli və zövqlü bir şair, həm də öz dövrünün elmlərinə hakim bir alim idi. Eyni zamanda onun xüsusiyyətləri arasında yaradıcılığı, Qurana və dini mədəniyyətə sevgisi diqqət çəkir. Onun şeirlərində söz sayı az, mənalar isə çox idi. Nəticədə qəzəlləri geniş bir şöhrət qazandı, qısa zamanda Türküstan və Hindistana, qərbdən isə İraq və Azərbaycana çatdı və ədəbiyyat həvəskarlarını sevindirərək onların heyranlığını qazandı.

Hafizinin şeirlərinin fövqəladə tanınmasının sirri nədir?

Fars dili və ədəbiyyatı üzrə tədqiqatçı, doktor Rza Sətari,Hafizin qəzəllərində Fars dilinin xalqımızın mədəni və milli birliyinə işarə etdiyini vurğulayaraq bildirdi: Hafizin şeirlərindəki nəcib və cazibədar dil insanların onun hissləri və düşüncələri ilə yaxşı tanış olmasını təmin etmişdir. Bundan əlavə, onun şeirlərinin Fars dilində və ya tərcümə vasitəsilə İranın sərhədlərindən kənarda oxunması, həm İran dilini və mədəniyyətini tanıtmış, həm də dünya insanlarının onun ideya və düşüncələri ilə tanış olmasına imkan yaratmışdır.

O, həmçinin qeyd etdi ki, Hafiz Şirazi şeirlərində kamillik və mənəviyyat, sülh və sakitlik, sevinc və xoşbəxtliyi tərənnüm etmişdir. Bundan əlavə, Hafizin ən böyük şöhrət tapması və əbədilik səbəbi onun dilidir ki, bu günə qədər də canlı və öncül mövqeyini qoruyur.

O əlavə etdi: Hafizin dindarlığı göstərir ki, tövhid və Allaha ibadət bu torpağın insanlarının daimi dini olmuşdur. Dinidarlığ İran xalqının ruhani və insani ruhunu inkişaf etdirmişdir. Hafizin dinidarlığı isə dünyadan üz çevirmək və həyatdan ləzzət almağı unutmaq demək deyil. Çünki Hafizin kədəri də dünyanın yox, eşq və sevginin kədəridir.

Hafizin dindarlığı və yalanla riyakarlığa qarşı mübarizə aparmaq qayğısı

Sətari həmçinin bildirib ki, Hafiz dinin mahiyyətini və həqiqətini sözlərdə və şüarlarda deyil, onun əməlndə və insanın fərdi və ictimai həyatındakı müsbət nəticələrində axtarırdı. O, bəzi dini rituallarla mübarizə aparırdısa, bu dindarların əməl etməməsindən yəni sözlə əməl arasında uyğunsuzluqdan irəli gəlirdi.
Digər tərəfdən, Hafizin səmimiyyətə və riyakarlığa qarşı çıxışı əslində dinin öz mahiyyətindən doğur. Çünki o, səmimilik və paklığı nicatın sirri, yalan və ikiüzlülüyü isə insanın azğınlığı və bədbəxtliyinin səbəbi hesab edirdi.

O əlavə etdi: Həmçinin qeyd etmək lazımdır ki, Hafizin baxışından ən böyük yalan və riyakarlıq ikiüzlülükdür. Eyni zamanda, Hafiz öz oxucuları ilə elə üslubda danışır ki, hər kəs özünü orada tapa və özünü müşahidə edə bilsin. Hafizin yaratdığı bu möhtəşəm əsər isə İran mədəniyyətinin sütunlarına o qədər möhkəm əsaslanır ki, onun yox olmasından qorxmaq yersizdir.

O bildirib: Şübhəsiz ki, Hafiz Şirazi İslam mədəniyyəti ilə, xüsusilə Qurani-Kərim, təfsirlər, dini rəvayətlər və dini biliklərlə yalnız tanış deyildi, həm də onlarla yaşayırdı. Onun divanının dərin və çoxqatlı misraları ağlına gələndə, o, mənəvi məntiq, möhkəm vəhy hikməti və Allahın sözünün ifadə üslubu ilə qidalanırdı.

Hesabat: Seyid Məhəmməd Mehdi Musəvi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha